Dünən Topaz Premyer Liqasının “Qəbələ” – “Zirə” matçından sonra meydan sahiblərinin əhvalı yerində deyildi. Bu da başadüşüləndi. Bu turadək xal itkisinə məruz qalmayan qonaqlarla matçda 3 xalı hədəfləyən “qırmızı-qaralar” yalnız son dəqiqələrdə vurulan penalti ilə məğlubiyyətdən qurtulmağı bacardılar.
Görüşdən sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov verdiyi müsahibədə tək dünənki görüşlə bağlı fikirlərini bildirmədi, daha ciddi problemlərə də toxundu.
- Qarşılaşma gözlədiyimiz kimi gərgin keçdi. “Zirə” mövsümə yaxşı başlayıb, baxımlı futbol sərgiləyir. Matçın gedişatında iki futbolçumuz zədələnərək, əvəzləndi. Yekun nəticə istədiyimiz kimi olmasa da, son dəqiqələrdə məğlubiyyətdən qurtulmağımızı unutmaq olmaz.
- Ancaq “Zirə”dən fərqli olaraq, “Qəbələ” ötən mövsümlə müqayisədə, heç cür öz oyununu tapa bilmir. Səbəbləri nədə görürsünüz?
- Bu suala baş məşqçi cavab versə daha yaxşı olar. Kənardan apardığım müşahidəyə əsasən deyə bilərəm ki, komandanın problemi nəticədədi, meydandadı. Kənar problemlərimiz yoxdu. Eyni zamanda, yəqin ki, diqqət yetirdiniz: meydandakı uşaqlardan üçü akademiyamızın yetirməsi idi. Bir tərəfdən bu, bizi sevindirsə də, digər yandan onların təcrübəsizliyi hər an səhvə yol verə biləcəklirini şərtləndirir. Zənnimcə, heyətin tam oturuşması üçün bir qədər zamana ehtiyac var.
- Nika Kvekveskirinin yeri hələ də görünür...
- Saxlamaq mümkün olsaydı, bunu edərdik. Tək Nikanın deyil, oturuşmuş heyətdən kiminsə ayrılması təbii ki, özünü büruzə verir.
- Yerli oyunçu qıtlığı göz qarşısındadı. Bu faktor “Qəbələ”yə maneə törətmir?
- Legioner limiti absurd qərardı. Çempionatda cəmi 8 komanda mübarizə aparır. Yerli futbolçu yenə də tapılmır. Meydana çıxıb rəqabətə davam gətirəcək azərbaycanlı futbolçu yoxdur. Limit nə üçün tətbiq olunub? Onsuz da bütün yaş qrupları üzrə yığma komandalarda legionerlər oynayır. Dağıstanlıları, türkləri, digərlərini ordan-burdan gətirib doldurublar millilərə. İmkan verin normal çempionat keçsin, sağlam rəqabət olsun. Bu rəqabətdə də yetişən 1-2 oyunçu olacaq ki, gələcəkdə normal futbol oynayacaq. Sən ha məcbur elə ki, 5 yerli futbolçu oynamalıdı. Yoxdu axı!.. Bu sözləri “Zirə”ylə oyuna əsaslanaraq danışmıram. Bəli, bu gün (dünən – red.) komandamız zəif oynadı, bununla tam razıyam. Amma söhbət ümumi yanaşmadan gedir. Məşqçi yerli futbolçu tapıb oynada bilmir.
- Bu məsələni Klublar Komitəsində, AFFA qarşısında qaldırmısınızmı ki, limit məsələsinə yenidən baxılsın?
- Bəli, məsələni bir neçə dəfə qaldırmışıq və qeyd olunub ki, bu limit hələ 1 il də qüvvədə olan qərara əsasən tətbiq edilməlidir. Yalnız bundan sonra məsələyə yenidən baxıla bilər (Newsport.az).
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı