"Zirə" vahid lider oldu, "İnter" qalib gəldi

"Zirə" vahid lider oldu, "İnter" qalib gəldi
PREMYER LİQA 9 Sentyabr 2017 / 22:24 17919
-  A +

Bu gün Topaz Premyer Liqada 4-cü turun oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, turun ilk oyunu Bakıda keçirilib. Burada "İnter" "Kəpəz"i qəbul edib. Görüş paytaxt klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçı Qəbələdə oynanılıb. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edib. Geridə qalan üç turda maksimum nəticə qazanaraq turnir cədvəlinin ilk pilləsində qərarlaşan Ayxan Abbasovun komandası bu matçda heç-heçə edib - 1:1. Bununla da xalını 10-a yüksəldən "Zirə" vahid lider olub.

Sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu ilə tura yekun vurulacaq.

Qeyd edək ki, 4-cü turda keçirilməli olan "Səbail" - "Qarabağ" oyunu Ağdam klubunun Çempionlar Liqasında "Çelsi" ilə matçının olması səbəbindən təxirə salınıb.



9 sentyabr

Topaz Premyer Liqası, IV tur
 
 
 
20:30. “Qəbələ” – “Zirə” - 1:1
Qollar:
Viktor İqbekoyi, 74 (0:1), Cavid Hüseynov, 90+2-pen (1:1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov
Qəbələ şəhər stadionu

17:00. “İnter” – “Kəpəz” - 3:2
Qol:
Fuad Bayramov, 5 (1:0), Adrian Skarlatake, 21 (2:0), Aqşin Quluzadə, 32 (3:0), Şəhriyar Əliyev, 36 (3:1), Kərim Diniyev, 37 (3:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
“İnter Arena”
 

10 sentyabr (bazar)

19:00.“Sumqayıt” – “Neftçi”
Hakimlər
: Rəhim həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
“Kapital Bank Arena”


N Klublar O Q H M T-F X
1 Zirə 4 3 1 0 9-3 10
2 Qarabağ 3 3 0 0 6-2 9
3 Qəbələ 4 2 1 1 5-4 7
4 İnter 4 2 0 2 5-5 6
5 Sumqayıt 3 1 0 2 3-5 3
6 Səbail 3 1 0 2 2-3 3
7 Neftçi 3 0 1 2 1-4 1
8 Kəpəz 4 0 1 3 3-8 1

Daha çox


Son xəbərlər