Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Avroliqanın kuboku Bakıda - Momanidən karikatura

Yazarlar
 Biz və gürcülər
Aydın BAĞIROV
 Hərdən AFFA və PFL-ə yazığım gəlir
Aqil Abbas
 Futbolmuzun Nicatı naminə!
Anar Şabanoğlu
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Səbail" - "Qəbələ" - Şəkillər
Top 5
Bu gün onların toyudur
Avroliqanın finalı rəsmən Olimpiya stadionunda - UEFA açıqladı
Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
"Real"dan gözlənilməz məğlubiyyət, "Atletiko"dan qələbə
Rəşad Sadıqovun 14 yaşı olanda... – Tarixin şəkli
Linklər
525ci Qəzet

“O futbolçular elə 17-18 yaşında itib-batır”
A A A

[03.09.2017]
“O futbolçular elə 17-18 yaşında itib-batır”

Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi: üçüncü yazı

Bu həftə daha bir klubumuzu itirdik. “Şəmkir” fəaliyyətini dayandırdığını rəsmən bəyan etdi. Əslində Çempionlar Liqasında mərhələ keçmiş ilk Azərbaycan klubu olan “Şəmkir”i bir neçə il əvvəl də fəaliyyətini dayandırmışdı. Eyni acınacaqlı hal yenə təkrarlandı. Komanda ikinci dəfə fəaliyyətini bərpa etdikdən sonra xeyli müddətdir heç bir stimulu olmayan birinci divizionda mübarizə apardı. O divizionda ki, “Turan Tovuz” ötən mövsümün qalibi olsa da, son bir neçə ilin adəti üzrə Premyer Liqada iştirak edə bilmədi. Daha əvvəl isə “Neftçala” ardıcıl iki il divizionun çempionu olmasına baxmayaraq, (futbolda  nadir hadisələrdəndir) Premyer Liqaya buraxılmadı və əvəzində klubu dağıtdılar.

Mövzumuz tək bu klublar yox, ümumilikdə məhv olmaqda olan bölgə futboludur. Bəli, bu gün Premyer Liqamızda cəmi 8 komanda mübarizə aparırsa və onların əksəriyyəti paytaxt Bakını təmsil edirsə, deməli, bu, ümumi problemdir. Bu problemin həlli yolları ilə bağlı əvvəlki yazılarımızda bəzi futbol mütəxəssisləri ilə danışdıq. Məsələnin həlli yolları ilə bağlı müxtəlif fikirlər səsləndirildi.

Budəfəki ilk həmsöhbətimiz vaxtilə “Turan”ı çalışdırmış, “Şəmkir”in məşqçisi olmuş Əfqan Talıbov oldu. Haqqında söhbət açdığımız mövzunun futbolumuzun ən yaralı yeri olduğunu deyən Talıbov çıxış yolu üçün müəyyən təkliflərini bildirdi:


“1990-cı illərdə klublarımız dövlət tərəfindən maliyyələşmirdi. Vidadi Əhmədov “Turan”ı, Şahbaz Süleymanov “Şəmkir”i, Rasim Rəfiyev “Neftçi”ni saxlayırdı. Yəni onda klublar indiki kimi SOCAR-dan asılı deyildilər. Daha sonra klublar gəlir gətirmədiyinə görə sponsorluğu davam etdirmək mümkün olmadı. Bu gün “Qarabağ” nə ilə fərqlənir? Bu klub maliyyə dayaqlarını tapandan sonra relsə düşüb. İndi özü gəlir əldə edir. “Qarabağ” digər klublara ən yaxşı nümunədir. Deməli, klubda işlər düzgün qurulanda qazanc da əldə etmək olur.
O boyda Tovuzun komandası bu gün Premyer Liqada iştirak etmir. “Turan”ın çox böyük azarkeş dəstəsi var. Tovuzda hamı futbolla yaşayır.  Uzun illərdən sonra Şəmkirdə futbol yenidən canlanmışdı. İndi yenə söndü. “Şəmkir”in də böyük azarkeş ordusu var. 

Reallıq budur ki, region klubları köməksiz dirçələ bilməz. Klublar ayağa qalxandan sonra tədricən möhkəmlənəcəklər. Özləri maliyyə dayaqlarını tapmalıdırlar. Hamı gözləyir ki, SOCAR pul ayıracaq. Amma bu cür davam etmək olmaz.

Demək olar ki, bütün regionlarımızda olimpiya kompleksləri tikilib. Onun nəznində klubların da olması çox vacib idi.  Düşünürəm ki, heç olmasa əlavə 4 region klubumuz Premyer Liqada iştirak etməlidir. Təsəvvür edin ki, 6 bölgə, 6 paytaxt klubunun iştirakı ilə çempionat keçirilir. Dörd klubun artması 16 məşqçinin işlə təmin olunması deməkdir. Bundan başqa, yerli futbolçularımız Premyer Liqada oynamaqla özlərini göstərər. Görün, nə qədər artım olar. Premyer Liqamızın marağı da öz yerində.
Yerli icra orqanlarından kömək istəməklə özümüzü aldatmamalıyıq. Bu cür köməklə nəsə etmək mümkün deyil. Hər regionun imkanlı şəxsləri olur. Ancaq indi klub saxlamaq tək adamın işi deyil. Tək AFFA da bunu edə bilməz. AFFA onsuz da bu gün bir çox kluba köməklik edir. Amma o klubları bütovlükdə AFFA saxlamır. Özlərinin müəyyən gəlir mənbəyi də var. Yerli orqanlar klublara infrastuktur baxımından kömək etməlidir. AFFA “Sumqayıt”a da kömək edir. Ancaq kimya zavodu da klubun müəyyən tələbatını ödəyir. AFFA İmişlinin komandasına kömək edirsə, ordakı şəkər zavodu da kluba müəyyən dəstəyini verməlidir. Sponsorluq edən şəxsə dövlət tərəfindən güzəştlər olunmalıdır. Klubların idarə heyətində futbol idarəetməsində təcrübəsi olan, gəlir gətirməyi bacaran insan çalışmalıdır. Klub da maliyyə dayağı tapan kimi komandanı əcnəbi futbolçularla doldurub, yerliləri kənarda saxlamalı deyil. Bu, çox vacib şərtdir. Legionerlər 1-2 il oynayıb gedəcək. Futbolçu yetişdirməlisən ki, sırf əcnəbilərin ümidinə qalmayasan. Klublar tədricən gəlir gətirməlidir. Yetişdirilən futbolçuları satmaqla və digər üsullarla bunu etmək olar”.

Əfqan Talıbov deyir ki, bu gün Premyer Liqada oynamaq üçün klublarımızın ən azı bir milyon manat büdcəsi olmalıdı: “Bundan az büdcəsi olan klublar sürünür. Çox təəssüf ki, klublarımızın aşağı yaş qruplarında çıxış edən futbolçuları əsas komandaya qədər yüksələ bilmir. Uşaqlar elə 17-18 yaşında itib-batır. Futbolun inkişafı üçün əlimizdən gələni etməliyik. Cənab prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edəndə bildirdi ki, idmanın şahı futboldur. Digər idman növləri da maraqlıdır. Ancaq futbol ölkəni dünya miqyasında daha çox tanıdır. Bir dəfə “Xəzri”nin (Buzovna) rəhbəri, rəhmətlik Malik Atakişiyev Fransada komandasının adını eşidib. Bakıya gələndə dedi ki, Avropanın düz mərkəzində kəndimin adını eşidəndə kövrəldim, tüklərim biz-biz oldu. Yəni başqa vasitələrlə Fransaya gedib çıxmaq çox çətin olardı. Ancaq futbol çox şeyə qadirdir.

İndi “Qarabağ” və “Qəbələ”nin Avropa uğurlu nəticələrinə görə uşaqlarda futbola maraq artır. Getdikcə bu sahəyə meyl daha çox olacaq. Ancaq bununla bərabər regionlarda da futbolçular yetişməlidir. Bölgələrimizdən gələn futbolçuların fiziki durumları daha yaxşı olur. Rayonlarda yaşayan uşaqlarda təbii güc var. Regionlarda futbolçuların yetişməsi aşağı yaş qrupları üzrə komandalarımıza da böyük fayda verər. Onlara istiqamət verib, nəyəsə nail ola bilərik.
Bölgələrdə demək olar ki, futbolun olmaması ciddi problemdir. Ümid edirəm ki, futbolumuzun başında duranlar mütəxəssilərin yaxşı təkliflərinə fikir verəcəklər. Regionlarda futbol olmasa, biz elə Bakıda başımızı itirəcəyik. Hamı Bakıdadır. Eyni komandalar bir-biri ilə nə qədər oynayar?”

Bölgə klublarının bir-bir sıradan çıxması, bunun Premyer Liqamıza etdiyi mənfi təsir haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə də danışdıq. O isə vəziyyətdən çıxış yolunu zamanı gözləməkdə gördüyünü bildirdi:



“Sponsor yoxdursa, başqa yolumuz qalmır. Sponsorlar olsa, komandaların sayı çoxalar, bizim də ürəyimizcə olar. Bölgə komandalarının sayı artar, azarkeşlər maraqlı oyunlar izləyərlər. Bölgələrə səfər çempionatımızdakı legionerlər üçün də maraqlı gələr. Amma əfsuslar olsun ki, sponsor probleminə görə bu istəklərimiz həyata keçmir. Hər şeyin zamana ehtiyacı var. Yəqin ki, bir gün sponsorlarımız olar və bu aruzlarımız həyata keçər.
Bu məsələ bizim də yaralı yerimizdir. Ancaq neyləmək olar? Bununla razılaşmalıyıq. Bu gün klubların əksəriyyəti Dövlət Neft Şirkətindən kömək gözləyir. Ancaq bu, kiminsə şəxsi şirkəti deyil ki, rəhbərlik hər şeyi öz boynuna götürsün. Ona görə də bu fikir yanlışdır. Dövlət Neft Şirkəti imkan dairəsində həm birinci divizion, həm də Premyer Liqa klublarına kömək edir. Yəqin ki, bir proqram hazırlamaq olar. Bəzi ölkələrdə bu addımlar atılıb. Bəzi şirkətlər vergidən müəyyən dərəcədə azad olsa, bəlkə də klublara sponsorluq edərlər. Bu cür işlərin arxasında da o qədər çirkli əməllər durur ki, onu risk edib, həyata keçirmirlər. Ona görə də, məcburuq ki, hər şeyin öz vaxtını gözləyək”.

Artıq iki ildir ki, Premyer Liqamızda 8 komanda iştirak edir. Heç vaxt bu qədər az komanda ilə keçirilən çempionatımız olmayıb. Ancaq PFL rəhbərinin fikrincə, əsas komandaların sayı deyil, oyun keyfiyyətidir: “1990-cı illərdə klublarımızın sayı çox idi. Gəlin, o komandaların oyunlarına baxaq. İndiki klublarımızın oyun keyfiyyəti onlardan qat-qat yaxşıdır. Keyfiyyətsiz 50 komandadansa baxımlı oyunu olan 5 komanda daha yaxşıdır. Mən klub saxlaya bilmərəm. İmkanım olsa, Premyer Liqaya gəlmək istəyən komandalara kömək edərdim. Ancaq təəssüf ki, edə biləcəyim bir şey yoxdur. Hər bölgənin özünün imkanlı şəxsləri var. Onlar öz vəsaitlərinin bir hissəsin doğulub, boya-başa çatdığı bölgənin klubuna xərcləsələr, nə SOCAR-a ehtiyac olar, nə də başqa bir sponsora”.

Ramiq AĞAMƏMMƏDOV

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb

5671 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
14.09.2017  14:48 Bakının dağılan “Bakı”sı – reportaj + fotolar
11.09.2017  13:50 "Azərbaycanda iş adamları futbola nifrət edirlər" - Yaşar Seyidov
22.08.2017  14:36 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14.08.2017  16:00 Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
07.08.2017  13:20 “O dövrdə "Kopenhagen”lə 5 dəfə də oynasaq, qalib gələ bilməzdik”
24.07.2017  13:10 “Alim Qasımov ifası ilə bütün stadionu susdurdu” – “Qarabağ”ın tarixi oyunu
25.06.2017  09:01 Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
18.06.2017  14:15 “O stadiona Fuad Musayevin adı verilməlidir”
10.06.2017  13:50 "Azərbaycansayağı künc zərbəsi" necə yarandı?
04.06.2017  10:07 “Ələkbərin medalları, kubokları itib-batdı” – əfsanənin son günləri
23.05.2017  12:34 AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
16.05.2017  12:41 Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”
08.05.2017  14:30 "Sona qədər “Qarabağ”da qalan yalnız mən oldum"
01.05.2017  15:05 Bütün sərvətini "Neftçi"nin yolunda qoyan və klubun unutduğu iş adamı
31.03.2017  12:52 Doğma klubunun formasında dünyasını dəyişən klub prezidenti
23.03.2017  15:35 Azərbaycan millisinin braziliyalıları
13.03.2017  11:41 Sərvətini futbolumuza fəda edən adamın kədərli həyat sonluğu
19.02.2017  11:04 “Kəpəz” AFFA-ya saxta görüntülər vermişdi, “Neftçi”nin etdiyi isə təxribat idi”
12.02.2017  12:53 Futbolumuzun legionerləri
05.02.2017  10:43 Futbolumuzun legionerləri
 
 
  22.09.17
17:04
  Handanoviç "İnter"də qalır
16:33
  "Qara bazar"a son zərbə
16:06
  Hərdən AFFA və PFL-ə yazığım gəlir
15:35
  “Artıq "Real”da oynamağı arzulamıram" - Obameyanq
15:00
  Avroliqanın kuboku Bakıda - Momanidən karikatura
14:42
  "Rauf Əliyevi ulduz futbolçu kimi almamışıq" - baş məşqçi
14:26
  Almaniya klubunun bazasında bomba tapıldı
13:56
  Etopaz-da 41 canlı oyun
13:30
  “Bir-birimizi gözüyumulu başa düşürük” - Nazarov
13:00
  Neymar üzr istədi
12:40
  Superliqa klubunda yeni baş məşqçi
12:04
  Aqollinin sabiq baş məşqçisi La Liqa klubunda
11:45
  "Roma"nın futbolçusunun qol ötürməsi ən yaxşılar arasında - Video
11:17
  "Qarabağ" - "Sumqayıt" oyunu canlı yayımda
10:49
  Terim federasiyadan 3.5 milyon avro tələb etdi
10:30
  “Qarabağ” “Sumqayıt”a qarşı - Yenilənir
10:26
  Voleybolçularımız Avropa çempionatında ilk oyununa çıxır
10:11
  "Roma"nın hücumçusu Bakıda oynamayacaq
09:45
  Həftənin ən gözəl qolları - Video
01:47
  “Dibala getmək istəsə, onu saxlamaq qeyri-mümkün olacaq”
01:30
  Məsimovun komandası kubokla vidalaşdı
01:16
  “Arsenal”ın stadionunda antirekord
00:58
  “Barselona”nın lehinə penalti verilməsinə təəccüblənmirəm”
00:44
  Xedira məşqlərə başladı - Şəkil
00:29
  “Dinamo”nun baş məşqçisi döyüldü
00:15
  “Qarabağ” - “Roma”: 58 min bilet satılıb
00:00
  "Messi “Barselona” ilə yeni müqavilə imzalamayıb"
  21.09.17
22:49
  Qapıçılardan möhtəşəm qurtarışlar - Video
21:41
  "Çelsi"nin futbolçusu avtomobil qəzasına düşdü
21:01
  İlkayın zədəsi ciddidir?
20:38
  "Real" son klubum olacaq" - Benzema
19:57
  "Kəpəz" məşqlərə başladı
19:21
  "Atletiko" rəsmən açıqladı - Kosta qayıdır
18:50
  "İnter" 17 yaşlı hücumçu aldı
18:20
  Premyer Liqamızda 6-cı turun - hakim təyinatları
18:10
  Sərgən Yalçın istefa verdi
17:40
  "Milan"da ciddi itki
17:12
  Srna futboldan kənarlaşdırıla bilər - dopinqə görə
17:00
  "Milliyə dəvət almağım sürpriz olmadı" - Ndlovu
16:34
  "Çelsi" "Atletiko" ilə razılaşdı - Kosta ilə bağlı
16:00
  Günün canlı oyunları - Etopaz-da
15:26
  “Qəbələ” sabiq hücumçusunu transfer etdi
15:04
  “Azərbaycanda səviyyəli hücumçu tapa bilmirik” – Samir Əliyev
14:28
  Rəşad Sadıqovun 14 yaşı olanda... – Tarixin şəkli
14:11
  Bakı 2020-ci ildə də ÇL finalı görməyəcək
12:58
  "İki aya qayıdacam" - Usman Dembele
12:29
  Foqts alman klublarını tənqid etdi
11:56
  Qarabağ” oyununun yeri dəyişdirildi
11:45
  "Real"da növbəti ciddi itki
11:16
  "Ümid edirəm ki, öz stadionumuzdakı finalda oynayacağıq" - Simeone
10:57
  "Çelsi" "Everton"a rəqib oldu
10:30
  "Real" son dəqiqədə xalsız qaldı - Video
10:14
  UEFA Millətlər Liqası və "Avro-2020" ilə bağlı qərarları açıqladı
09:45
  "Çelsi" 1/8 finalda
02:02
  "Atletiko" səfərdən 3 xalla dönür - Video
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore