"Neftçi" ilə oyun öncəsi "Qəbələ"də üç itki

XƏBƏR 1 Aprel 2010 / 13:05 1884
-  A +

Unibank Premyer Liqasının XXVI turunda "Neftçi"nin qonağı olacaq "Qəbələ" oyunun hazırlıqlarını doğma şəhərdə davam etdirir. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, gündə bir dəfə məşq keçən "Qəbələ" sabah Bakıya gələcək və "Neftçi" ilə matçın keçiriləcəyi İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Klubun baş meneceri Zaur Əzizovun verdiyi məlumata görə, "Neftçi" ilə oyunda komanda üç oyunçunun xidmətindən yararlana bilməyəcək. Klub həkimləri zədəsi davam edən Kənan Kərimov və Razvan Tarleanı "İnter"lə oyuna yetişdirməyə çalışır. Dizindən əməliyyat olunan Maksim Skoroxodovun isə bərpa prosesini uğurla başa vurduğu və yaxın günlərdə məşqlərə başlayacağı bildirilir.
 
 
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı