Millimizin baş məşqçisi: "Uşaqlarda arxayınçılıq yarandı"

Millimizin baş məşqçisi: "Uşaqlarda arxayınçılıq yarandı"
XƏBƏR 1 Aprel 2010 / 11:50 1821
-  A +

İtaliyada təlim-məşq toplanışında olan və Manlio və Loris Scorpinyoların xatirəsinə həsr olunan ənənəvi turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət milli komandamız yarışa heç-heçə ilə start verib. “Ternana” ilə üz-üzə gələn yeniyetmələrimiz matçdan 2:2 hesablı bərabərliklə ayrılıblar. Qol.Az-ın məlumatına görə, millimizin baş məşqçisi Oliver Pelzer oyunla bağlı fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Qarşılaşmanın ilk 15 dəqiqəsinə sürətli başladıq. Bunun məntiqi nəticəsi kimi hesabı açdıq. Sonra uşaqlarda yaranan arxayınçılıq hesabın bərabərləşməsi ilə nəticələndi. Rəqib evdə oynadığı üçün ikinci hissəyə daha fəal başladı. Ani bir səhv qapımıza ikinci qolun vurulması ilə nəticələndi. Bir nəfər azlıqda oynamağımıza baxmayaraq, komandamız əzmkarlıq nümayiş etdirdi və son dəqiqələrdə bərabərlik qolunu vurmağa müvəffəq oldu. Növbəti görüşümüz İtaliyanın köklü klubu olan “Roma”ya qarşı olacaq. Bu oyunda da bizə sərf edən nəticəni əldə etməyə çalışacağıq”.

Son xəbərlər