Azərbaycan italiyalılarla bərabərə qaldı

XƏBƏR 1 Aprel 2010 / 10:45 1841
-  A +

İtaliyada Manlio və Loris Scorpinyoların xatirəsinə həsr olunmuş 18-ci ənənəvi turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət milli komandamız yarışa heç-heçə ilə start verib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Ternana” komandasından olan həmyaşıdları ilə üz-üzə gələn yeniyetmələrimiz matçdan 2:2 hesabı bərabərliklə ayrılıblar. Komandamızdan qolları 6-ci dəqiqədə Məqsəd İsayev və 80-cı dəqiqədə Rəsul Teymurxanlı vurublar. Yığmamızın kapitanı Məqsəd İsayev qarşılaşmanın 65-ci dəqiqəsində ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cazalandırılaraq meydandan qovulub.
Xatırladaq ki, C qrupunda yer alan millimiz qrupda son oyununu aprelin 2-də Bakı vaxtı ilə saat 19:30-da «Roma»ya qarşı keçirəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın