FİFA iranlı futbolçuların hicabla oynamasına icazə vermədi

FİFA iranlı futbolçuların hicabla oynamasına icazə vermədi
DÜNYA FUTBOLU 31 Mart 2010 / 17:06 2612
-  A +

FİFA İranın qızlardan ibarət milli futbol komandasına Sinqapurda keçiriləcək yeniyetmələr olimpiadasına hicabla qatılmasına icazə verməyib. İran Milli Futbol Federasiyasına göndərilmiş məktubda yaylıq və hicabın futbol yarışları üçün nəzərdə tutulmuş geyimə və beynəlxalq standartlara zidd olduğu vurğulanıb.
İranın Futbol Federasiyasının rəsmisi Fəridə Şücayi qadağadan təəssüfləndiyini bildirib: “FİFA əvvəlcə futbolçu qızlarımızın yarışlara hicabla qatılmasına razılaşmışdı. İndi bilmirəm nə baş verib”.


Mənbə: mediaforum.az


Son xəbərlər