Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Bu gün onların toyudur

Yazarlar
 Biz və gürcülər
Aydın BAĞIROV
 İmkan verməyin, “Futbol saatı” bağlansın...
Aqil Abbas
 Futbolmuzun Nicatı naminə!
Anar Şabanoğlu
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Səbail" - "Qəbələ" - Şəkillər
Top 5
"Yalan danışdığımı etiraf edirəm" - Elyunussi
"Ardanın komandaya faydalı olacağına inansam..." - Valverde
Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
Bu gün onların toyudur
Futbolçu 695 metr kabel oğurlayıb - DİN təsdiqlədi
Linklər
525ci Qəzet

“Çelsi” – “Qarabağ” oyununa ən ucuz bilet 180 manatdır”
A A A

[27.08.2017]
“Çelsi” – “Qarabağ” oyununa ən ucuz bilet 180 manatdır”

Toğrul Bağırov uzun illərdi Londonda yaşayır. O, bir zamanlar Azərbaycanda məşhur olan “Offcide +” adlı idman verilişinin aparıcısı olub. İndi aktiv jurnalistikadan bir qədər uzaqlaşsa da, futbolumuzla yaxından maraqlanır.

İngiltərənin paytaxtında yaşadığından bu dəfə onunla “Çelsi” barədə danışdıq. Axı, Londonun bu nəhəng təmsilçisi “Atletiko” və “Roma” ilə yanaşı Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə yarışacaq “Qarabağ”a rəqib olub...


- Gəlin əvvəlcə ondan başlayaq ki, CL-in qrupunda oynamaq Azərbaycan futboluna nə verəcək?


- Çempionlar Liqasında oynamaq Azərbaycan futbolu üçün öz-özlüyündə böyük bir nailiyyətdir. Artıq bütün dünya bilir ki, Azərbaycanda kifayət qədər yüksək səviyyəli bir klub var. Artıq bütün dünya azarkeşləri Azərbaycanı tanıyır. Elə sadəcə bizi sevməyənlərin buna reaksiyasına fikir versəniz, görəcəksiniz ki, bu, doğrudan da böyük bir uğurdur. Misal üçün Rusiya mətbuatı yekdilliklə öz tamaşaçıları ilə oxucularına aşılamağa çalışır ki, “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanmağı bir təsadüfdür. Səni sevməyən qızıcıqlanırsa, deməli, sən doğrudan da düz yoldasan.

Azərbaycan futbolunun özü üçünsə bu, bir təkan ola bilər. “Qarabağ” bu oyunlarda təcrübə toplayacaq və həmin təcrübəni ölkə çempionatında istifadə edəcək. Müvafiq olaraq, çempionatda ona qarşı oynayan komandalar da həmin təcrübəyə yiyələnməyə şans əldə edəcəklər ki, bu da Azərbaycan futbolunun ümumi səviyyəsinin artmasına gətirə bilər. Bundan əlavə, Ağdam klubunun Çempionlar Liqasındakı çıxışı Azərbaycanda futbola ümumi marağı xeyli artırdı və bu, futbol məktəblərinə uşaqların axınını xeyli artıra bilər. Bu isə milli futbol üçün çox xeyirlidir. Və həmçinin bu, sadə azərbaycanlılarda qələbə ruhu verdi, bu millətin beynəlxalq miqyasda uğurlar əldə edə biləcəyinə, yəni özlərinə inam yaratdı ki, bu da müharibə şəraitində olan bir ölkənin xalqı üçün çox vacib bir hisdir.

- Bəs, bir jurnalist kimi “Qarabağ”ın uzun illər yaşadığınız Londonun "Çelsi" klubu ilə rəqib olmasını necə qarşıladız?

- Bu xəbəri birmənalı qarşılamadım. Sözün düzü, istərdim ki, birinci səbətdən “Qarabağ”a daha asan rəqib düşsün. Digər tərəfdən isə Ağdam klubunu canlı izləyib, dəstəkləməyə imkan yarandı ki, bu da müsbət bir xəbərdir. İki il bundan əvvəl “Qarabağ”ı burada “Tottenhem”lə görüşdə dəstəkləyirdik. Ümid edirəm ki, bu dəfə ağdamlılar həmin qarşılaşmadakından daha inamla oynayacaqlar.

- İngilis mediasının “Qarabağ”a münasibəti necə oldu?

- İngilis mətbuatı yalnız qısa məlumatla kifayətlənib. Vurğuladıqları yeganə amil odur ki, Bakıya uçmaq az qala beş min kilometrdir. Belə bir uzun uçuşun “Çelsi” futbolçularını yoracağına, həmin səfərin onlara sonrakı Premyer Liqanın turunda çətinlik yaradacağına eyham edirlər.

- Bəs, yazılarda Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı nəsə olmur?

- O qədər də yox. Sadəcə olaraq yazırlar ki, Azərbaycan çempionudur və oyunlarını Bakıda keçirir

- İngiltərədə yaşayan azərbaycanlıların bu oyuna marağı hansı səviyyədədədir?

- Maraq çox böyükdür. Artıq bir neçə nəfər mənimlə bu barədə əlaqə saxlayıb. Amma biletlər də bahadır. Manata çevirsək, ən ucuz bilet təxminən 180 manatdır. Bilmək olmaz nə qədər adam belə pulu ödəməyə hazır olacaq...

- “Stemford Bridj”dəki ab-havanı necə təsvir edərsiniz?

- “Çelsi” Londonun ən zəngin məhəlləsinin komandasıdır və onun azarkeşləri digər klublardakı həmkarlarından bir qədər fərqlənirlər. Lakin hər bir ingilis azarkeşi kimi, onlar da futbolu sevir, çox gözəl başa düşürlər və meydanda əsl idman əhval-ruhiyyəsinin olduğunu dəstəkləyirlər. Burada azarkeşlər rəqibə qarşı heç bir nalayiq hərəkət etməzlər. Elə onu demək kifayətdir ki, özünün meydandakı yumşaq desək, dürüstsüzlüyü ilə tanınan “Çelsi” hücumçusu Dieqo Kosta əla bombardirlik qabiliyyətlərilə komandaya çoxlu xal qazandırsa da, “Çelsi” azarkeşləri arasında heç də sevilən deyil. Bir sözlə, “Semfrd Bridc”dəki atmosfer hər bir İngiltərə stadionunda olduğu kimi, mötəbər və möhtəşəmdir.

8990 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
18.09.2017  12:00 "Yalan danışdığımı etiraf edirəm" - Elyunussi
17.09.2017  22:46 "Qarabağ"a ancaq Çempionlar Liqası üçün gəlməmişəm" - Pedro
16.09.2017  21:45 "Vaxtında gəlsəydim, o futbolçuları göndərməzdim" - Tərlan Əhmədov
11.09.2017  16:30 "Neftçi"də problemi tək məşqçidə yox, başqa yerlərdə də axtarmaq lazımdır" - Elxan Abdullayev
06.09.2017  15:00 "Mənim də “Qarabağ”da uğurum çox olub" - İlqar Qurbanov
03.09.2017  17:18 "Prosineçkinin müəmmalı davranışları öz rolunu oynadı" - Vaqif Sadıqov
02.09.2017  08:52 “Günahkar axtarırıqsa, birinci günahkar mənəm” – Rəşad Sadıqov
24.08.2017  13:40 “Bu, Qurbanın Allahverdi Bağırovun ruhuna hədiyyəsidir” – Aqil Abbas
20.08.2017  12:19 “Mükafatımızı hələ də almamışıq” – Tərlan Quliyev
16.08.2017  15:33 "Qarabağ"a yeni transfer lazım deyil" - Böyükağa Hacıyev
15.08.2017  23:19 "Bu gün 11 nəfər yox, bütün Azərbaycan oynayırdı" - Maksim Medvedyev
15.08.2017  22:30 "Qol vuracağımı gözləmirdim" - Mahir Mədətov
11.08.2017  13:14 “Səbail”ə bələd olmasam da, Samir Əliyevi yaxşı tanıyıram” – Ayxan Abbasov
09.08.2017  13:40 “Birinci divizionda adımı batırmaq istəmirəm” – Arif Əsədov
04.08.2017  00:10 "Rəqib hər cəhətdə bizdən öndə idi" - Cavid Hüseynov
01.08.2017  23:21 “Qarabağ”ın növbəti hədəfi Çempionlar Liqasının qrupudur” – Əmrah Çəlikəl
21.07.2017  00:41 "Kimdənsə nəsə gizlətmirik" - Rəşad Sadıqov
19.07.2017  00:14 “Hava bizi boğurdu” - Maksim Medvedev
14.07.2017  00:15 "Hakim bizi çox sıxdı" - Cavid Hüseynov
12.07.2017  00:45 “Özümü yox, komandamı təbrik edirəm” - “Qarabağ”ın yeni transferi
 
 
  20.09.17
22:33
  "Roma"dan darmadağın
22:12
  "Monako" iki futbolçusu ilə müqavilənin müddətini artırdı
21:07
  "Bu, əlamətdar hadisədir" - Rövnəq Abdullayev
20:50
  Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı
20:02
  Avroliqanın finalı rəsmən Olimpiya stadionunda - UEFA açıqladı
19:54
  Məsut Özil sağaldı
19:11
  "Marca": Bakıda ÇL-in yox, Avroliqanın finalı olacaq
18:54
  Kavani "Çelsi"nin hədəfində
18:21
  UEFA Superkuboku İstanbulda
18:14
  "Neftçi" yaxşı vəziyyətdə deyil - Emin Mahmudov
18:00
  La Liqa klubu cərimələndi - azarkeş azlığına görə
17:17
  "Qarabağ"ın oyununa yalnız 2 manatlıq biletlər qalıb
17:05
  Samir Abasov “Voyvodina”nın düşərgəsində
16:55
  Noyer əməliyyat olundu - Şəkil
16:20
  Dino Ndlovu milliyə çağırıldı
16:05
  Gəncə stadionunun son durumu - Şəkil
15:54
  "Real" Benzema ilə müqaviləni artırdı - rəsmi
15:38
  Bu gün onların toyudur
15:36
  "Qarabağ"ın rəqibində yeni müqavilə
15:11
  UEFA-dan yeni qərarlar
14:50
  Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
14:21
  Günün canlı oyunları - Etopaz-da
13:43
  "Qarabağ"ın rəqibləri meydana çıxır
13:03
  AFFA "Zirə" və "Neftçi"ni cərimələdi
12:55
  "Neymara kömək etməliyik" - Kavani
12:39
  FİFA "Çelsi" barədə araşdırmaya başladı
12:12
  Meksikada oyunlar təxirə salındı - zəlzələyə görə
11:53
  Türkiyə millisinin yeni formaları - Şəkillər
11:10
  "Prosineçki xorvatlar üçün qəhrəmandır" - Rakitiç
10:42
  "Arsenal"ın hücumçusu 3 həftə oynamayacaq
10:11
  "Tottenhem" 1/8 finalda - Video
09:45
  Messi "Nou Kamp"da 300-cü qolunu vurdu
01:58
  “Barselona”dan ardıcıl beşinci qələbə - Video
01:40
  “Liverpul” kubokla vidalaşdı - Video
01:27
  “Arsenal”ın heyətində itki
01:12
  “İnter” mövsümdə ilk dəfə xal itirdi - Video
00:59
  “Şalke” “Bavariya” ilə bacarmadı - Video
00:48
  “Valensiya”dan darmadağın - Video
00:34
  Azar start heyətinə qayıdır
00:14
  “Qarabağ” uduzdu, “Qəbələ” qalib gəldi
00:00
  Nazarovun komandasından səfər qələbəsi
  19.09.17
22:55
  "Borussiya"dan qələbə - Video
22:24
  "Sumqayıt"ın futbolçusu həbs edildi
20:50
  "Real"ın yeni transferi 3 aylıq sıradan çıxdı
20:00
  Rio Ferdinand boksçu olur
19:10
  Özil kubok oyununu buraxacaq
18:20
  Ramos "Real"la müqaviləni artırır
17:47
  Dembele əməliyyat olundu
17:08
  6-cı turun oyunlarının başlama saatı - Premyer Liqamızda
16:56
  "Kəpəz" - "Səbail" görüşü "Dalğa Arena"da - rəsmi
16:39
  "Nicatlıq heç nə yoxdur" - atası
16:32
  "Sumqayıt" - "Qarabağ" oyunu saat 7-də başlayacaq
16:19
  Dembele, Donnaruma, Mbappe... - ən yaxşı gənc futbolçu adına namizədlər
15:53
  Bakı ÇL-in finalını qəbul edəcəkmi? - Elxan Məmmədovdan açıqlama
15:30
  Noyerin millimizə qarşı oynamayacağı dəqiqləşdi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore