Ağasəlim Mircavadov: «AFFA-nın prezidenti və baş katibinin səyləri ilə haqq öz yerini tapdı»

Ağasəlim Mircavadov: «AFFA-nın prezidenti və baş katibinin səyləri ilə haqq öz yerini tapdı»
ÖLKƏ FUTBOLU 31 Mart 2010 / 14:27 2472
-  A +

«Mən AFFA-nın qərarlarına geniş münasibət bildirmək istəmirəm. Hesab edirəm ki, hamı çıxarılan qərarlara hörmətlə yanaşmalıdır. Sadəcə, bir şeyə təəssüflənirəm ki, haqqımda çıxarılan dörd oyunluq cəza çoxdur». Bu sözləri Qol.Az-a «Xəzər Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadov AFFA İntizam Komitəsinin onun barəsində çıxardığı dörd oyunluq cəzaya münasibət bildirərkən söyləyib. «Mən AFFA prezidenti Rövnəq Abdullayevə, qurumun baş katibi Elxan Məmmədova minnətdarlığımı bildirirəm ki, onların sayəsində haqq öz yerini tapdı. Özümün dörd oyun texniki zonadan uzaq qalmağım komandamızın oyununa təsir göstərməyəcək. Çünki komandamızın məşqçiləri hər şeyi öz yoluna qoyacaqlar».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı