Əfqan Həmzəyev: "Nə ediblərsə, düz ediblər”

Əfqan Həmzəyev: "Nə ediblərsə, düz ediblər”
XƏBƏR 31 Mart 2010 / 12:25 2003
-  A +

“Haqqımda çıxarılan qərarla tam razıyam. Bu cəzanı veriblərsə, demək haqlı cəzadır”. Bu sözləri Unibank Premyer Liqasının XXV turunda “Xəzər-Lənkəran” və “Neftçi” arasında keçirilmiş matçda döyülən baş hakim Əfqan Həmzəyev deyib. O bildirib ki, AFFA Hakimlər Komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiyaya məruz qalması görüşü qeyri-obyektiv idarə etməsi ilə bağlı deyil.

Bu, onun oyunqabağı səhlənkarlığa yol verməsi ilə əlaqədardır: “Özümlə qulaqcıq aparmadığım və “bip” siqnalımın işləmədiyi üçün diskvalifikasiya edilmişəm. “Bip” siqnalı oyuna yarım saat qalmış xarab oldu. Qulaqcığı isə özümlə Lənkərana aparmamışdım. Bu da səbəbsiz deyildi. Qulaqcıqlardan 2-si hakim yoldaşlarımda idi. AFFA-da olan daha 2 qulaqcıq isə işləmirdi”.

Qərardan şikayət etmək fikrində olmadığını bildirən çimərlik futbolu üzrə FİFA referisi “Əgər AFFA prezidenti belə məsləhət bilibsə, elə də olmalıdır. Heç bir etiraz etmək fikrində deyiləm. Nə ediblərsə, düz ediblər” deyib.

Bununla belə, Həmzəyev oyunqabağı baş verənlərlə bağlı geniş danışmaqdan imtina edib: “Çox şeylər olub, amma açıqlamaq istəmirəm”.

Mənbə: lent.az


Son xəbərlər