“İnşallah, “Qarabağ” qalib gəlib qrupa düşəcək” – Əmrah Çəlikəl

“İnşallah, “Qarabağ” qalib gəlib qrupa düşəcək” – Əmrah Çəlikəl
ÖLKƏ FUTBOLU 23 Avqust 2017 / 20:44 6543
-  A +

“Klubumuzun düşərgəsində əhval-ruhiyyə yüksək səviyyədədir. Komandamız yalnız uğurlu nəticəyə köklənib”.

Bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Qol.az saytına açıqlamasında deyib.

Bu gün Bakı vaxtı ilə saat 22.45-də Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin təkrar oyununda Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq. Bu komandaların Bakıdakı ilk matçında “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

“İnşallah, “Qarabağ” qalib gəlib qrupa düşəcək. Biz buna inanırıq. Sizlər də, azarkeşlərimz də inansın. İnam uğurun yarısıdır” – deyə o bildirib.

Ə.Çəlikəl Azərbaycan xalqının “Qarabağ”a dəstəyini yüksək qiymətləndirib: “Komandamız, klubumuz bu dəstəkdən məmnundur. Buna görə hamıya sonsuz təşəkkürlər”.

Daha çox


Son xəbərlər