"Kəpəz"də zədəli futbolçuların son durumu

"Kəpəz"də zədəli futbolçuların son durumu
XƏBƏR 23 Avqust 2017 / 19:40 1514
-  A +

“Kəpəz”in əsas komandasının üzvü Dedimar Ferreyranın zədəsi sağalıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ötən tur “Zirə” ilə oyunu buraxan braziliyalı müdafiəçi komanda ilə birgə məşqlərə qoşulub. Bakı klubu ilə matçda soyuqladığından meydana çıxa bilməyən Serqey Çernışevin də səhhətindəki problem aradan qalxıb. Yarımmüdafiəçi məşqlərdə iştirak edir.
 
“Zirə”yə qarşı görüşdə zədələnərək əvəzlənən Viktor Lakinin durumu isə qismən yaxşılaşıb. Ayaq pəncəsi əzilən hücumçu indi bərpa prosesi keçir. Fərdi halda hazırlaşan futbolçunun qarşıdakı matçda oynayıb-oynamayacağına matç günü aydınlıq gələcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı