Bülənt Qorxmaz: «Nəyə görəsə bəxt həmişə onların üzünə gülür»

XƏBƏR 31 Mart 2010 / 12:13 1983
-  A +

«Bakı»nın keçmiş baş məşqçisi Bülənt Qorxmaz İstanbul derbisi- «Qalatasaray»la «Fənərbaxça» arasındakı matçlarda birincilərin qələbə qazana bilməməsini həm də bəxt amili ilə əlaqələndirib. Qol.Az-ın məlumatına görə, «Cim-Bom»un əfsanəvi futbolçularından olmuş Bülənt hesab edir ki, derbilərdə şans çox vaxt «Fənər»in tərəfində olub: «Son derbidə «Qalatasaray» çox yaxşı oynamadı, elə «Fənərbaxça» da. Nəticədə uzuqdan vurulan bir zərbə oyununun taleyini həll etdi. Futbolda bəxt deyilən bir şey də var və nədənsə, bəxt həmişə «Fənərbaxça»nın üzünə gülür».


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı