"Qəbələ"də ciddi itkilər

"Qəbələ"də ciddi itkilər
XƏBƏR 23 Avqust 2017 / 13:33 2979
-  A +

"Qəbələ" Topaz Premyer Liqasının III turunun mərkəzi oyunu olan "Qarabağ"la səfər matçına ciddi itkilərlə çıxacaq.

Klubun həkimi Roman Jolobaylyukun verdiyi məlumata görə, heyətdə zədəylə bağlı itkilər təkcə barmağı qırılıan müdafiəçi İlqar Qurbanovla bağlı deyil. Yarımmüdafiəçi Cavid Hüseynovla Elvin Məmmədov və qanalı hücumçu Famusa Kone hələ də müalicə olunurlar: "Bildiyiniz kimi, Cavidin angina problemi var. Ona əsasən antibiotiklər verməklə aktiv müalicəsini davam etdiririk. İrəliləyiş var, ancaq angina ciddi şeydir. Buna görə də tam sağalmasını gözləməliyik. Cavid hələ ki məşq etmir. Növbəti turdakı oyunumuza isə az vaxt qalıb. Fikrimcə, kapitanımız ötən turda "Sumqayıt"la olduğu kimi, "Qarabağ"la matçda da meydana çıxa bilməyəcək".

Ukraynalı həkim bildirib ki, Elvinin problemi məhz "Sumqayıt"la oyunda yaranıb: "Məmmədov hava mübarizəsindən sonra yerə uğursuz düşməsi nəticəsində topuq nahiyəsini zədələyib. Müayinə etdik, müalicəsinə artıq başlamışıq. O da "Qarabağ"a qarşı oynamayacaq. Konenin isə əzələ dartmasıyla bağlı problemi yaranıb. Onu MRT etdikdən sonra müalicəsinə başlamışıq. Xeyli irəliləyiş var, ancaq tam sağalmayıb. Çətin ki, Kone "Qarabağ"a qarşı hazır olsun. Düşünürəm ki, 1 həftəyə sıraya dönər".

Xatırladaq ki, "Qarabağ" - "Qəbələ" qarşılaşması avqustun 26-da "Azərsun Arena"da keçiriləcək (sport24.az).


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı