Ramin Musayev: «AFFA prezidentinin bütün qərarlarını qəbul etməli və ona hörmətlə yanaşmalıyıq»

Ramin Musayev: «AFFA prezidentinin bütün qərarlarını qəbul etməli və ona hörmətlə yanaşmalıyıq»
MÜSAHİBƏ 31 Mart 2010 / 11:47 2916
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev AFFA prezidentinin dünənki qərarları ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb

- Konkret olaraq PFL-in ünvanına yönələn iradları qəbul edirsiniz?
- Bəli. Çünki bu qərarı AFFA-nın prezidenti verib. Biz hər birimiz bu qərarı qəbul etməli və ona hörmətlə yanaşmalıyıq.
- PFL-ə yönələn xəbərdarlıqda qurumun işində nöqsanların olduğu vurğulanıb. Konkret hansı nöqsanlar nəzərdə tutulur?
- PFL-in nə nöqsanı ola bilər ki? Sadəcə, «Xəzər Lənkəran» - «Neftçi» matçında hakimin hazırlıqsızlığı bizim nümayəndəmizin gözündən yayınıb, bu da haqlı olaraq bizə nöqsan tutulub. Hakimin bayrağında «vibrasiya»nın işləməməsi bizə irad tutulub.
- PFL-ə yalnız bu oyuna görə nöqsanlar tutulub?
- Bəli. Dünən «Xəzər Lənkəran» - «Neftçi» oyunundan başqa ayrı söhbət olmayıb.
- AFFA prezidenti dünən hakimlərlə görüşdü. Ümumən onun Lənkərandakı oyunda hakimlərin qərarına münasibəti necə oldu?
- Hakimin oyunu qərəzsiz idarə etdiyini bildirdi və ümumən ondan narazı qalmadı.  Sadəcə, birinci qol epizodunda baş hakimin yan xətt hakiminin bayrağı qaldırmasını görməməsi və buna uyğun qərar verməsi irad tutuldu.
- Əfqan Həmzəyev təkcə buna görə üç oyunluq cəzalandırılıb?
- Bəli.
- AFFA İntizam Komitəsinin «Xəzər Lənkəran» klubu ilə bağlı qərarlarına münasibətiniz necədir?
- Biz AFFA-nın bütün qərarlarına hörmətlə yanaşırıq.
- PFL-ə xəbərdarlıq edildi. Bundan sonra fəaliyyətinizi hansı istiqamətdə quracaqsınız?
- Biz əvvəl necə işləmişiksə, fəaliyyətimizi o cür də davam etdirəcəyik.


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord