"Bu oyunda daha çox güc sərf etməliyik" - Qurban Qurbanov

"Bu oyunda daha çox güc sərf etməliyik" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 22 Avqust 2017 / 21:24 7775
-  A +

“İlk oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. İlk dəqiqələrdən rəqib pressinq edəcək".
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin "Kopenhagen"lə cavab oyunu üçün təşkil olunan mətbuat konfransında deyib.

O, sabah keçiriləcək matçın Bakıdakı ilə müqayisədə daha ağır olacağını bildirib: "Bu oyunda daha çox güc sərf etməliyik. Rəqib azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacacaq, biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”.

Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandalar arasında ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: qarabagh.com

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı