"Yalnız Çempionlar Liqasının qrupunu düşünürük" - Solbakken

"Yalnız Çempionlar Liqasının qrupunu düşünürük" -  Solbakken
ÖLKƏ FUTBOLU 22 Avqust 2017 / 20:15 5594
-  A +

“Avrokuboklarda təcrübəyə malik komandayıq. Yeni transferlərimiz olmasa da, sabah istəyimizə çata bilərik. "Vardar"la oyunlarda bunu sübut etmişik”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Kopenhagen"in baş məşqçisi Stole Solbakken "Qarabağ"la Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O, Ağdam klubunu 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları Makedoniya "Vardar"ı ilə müqayisə edib.

"Qarabağ”ın milli komanda üzvü olan xeyli oyunçusu var. Yarımmüdafiə xəttində çıxış edən 3 futbolçu 2 ildir bir yerdə oynayır. Müdafiə xəttindəki 4 futbolçu da inamlı oyunu ilə seçilir” – deyə o qeyd edib.

Solbakken Avropa Liqasının qrup mərhələsi haqda düşünmədiklərini, komandasının yalnız mərhələ keçməyə kökləndiyini bildirib: "Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şey edəcəyik. Ancaq bunu düşünürük. İlk qolu biz vursaq, vəziyyət dəyişəcək. Çempionlar Liqasında  son 6 həftədə oyun keyfiyyətimizi 30 faiz artırmışıq”. Komandamız get-gedə artırır. Yaxın həftələrdə daha yaxşı kollektiv formalaşacaq".

Mənbə: “Kopenhagen”in rəsmi saytı

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord