"Qarabağ"ın rəqibinə ağır cəza

"Qarabağ"ın rəqibinə ağır cəza
GÜNDƏM 22 Avqust 2017 / 17:08 8462
-  A +

Danimarka Futbol İttifaqının İntizam Komitəsi "Kopenhagen"i cəzalandırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığ xəbərə görə, buna paytaxt təmsilçisi azarkeşlərinin Danimarka Superliqasının 5-ci turunda "Brondbü" ilə səfər oyunu zamanı törətdikləri iğtişaşlar səbəb olub.

"Bröndbü"nün qələbə qolundan sonra  onlar  mühafizəçilər və polislərlə dalaşıblar. Fanatlar meydana, eləcə də mühafizəçi və polislərə pirotexniki maddələr, yad əşyalar atıblar. Nəticədə baş hakim Anders Poulsen görüşü 18 dəqiqə dayandırıb.

 İntizam Komitəsi "Kopenhagen"in növbəti və "Brondbü" ilə ev oyununu azarkeşsiz keçirməsinə dair qərar verib. Mövsümün sonunadək analoji hallar təkrarlansa, klub daha bir ev oyununa azarkeş dəstəyi olmadan keçirəcək. Bundan başqa kluba 150 min kron cərimə kəsilib.

Qeyd edək ki, "Bröndbü" - "Kopenhagen" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Kopenhagen"dir. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü isə sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord