Azərbaycanla oyun üçün 24 futbolçu - siyahı

Azərbaycanla oyun üçün 24 futbolçu - siyahı
ÖLKƏ FUTBOLU 22 Avqust 2017 / 14:22 3786
-  A +

Norveç millisinin DÇ-2018-in  seçmə mərhələsində Azərbaycan və Almaniya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, baş məşqçi Lars Laqerbek sözügedən matçlar üçün milliyə 24 oyunçu dəvət edib.

Qapıçılar: Sten Mixael Qritebust ("Odense"), Andre Hansen (“Rusenborq”), Rune Yarsteyn (“Herta”)

Müdafiəçilər: Haytam Alisami (“Palermo”), Omar Elabdellaui ("Hall Siti"), Birgir Melinq ("Rusenborq"), Hovard Nordtveyt ("Hoffenhaym"), Tore Reginiussen, Yonas Svensson, Yorgen Şelvik (hamısı "Rusenborq"), Qustav Valsvik ("Ayntraxt" Braunşveyq)

Yarımmüdafiəçilər: Sander Berge ("Genk"), Jo İnge Berget ("Malmö"), Mats Müller Deli ("Sankt-Pauli"), Mohamed Elyunussi ("Bazel"), Stefan Yohansen ("Fulhem"), Anders Konradsen ("Rusenborq"), Martin Linnes ("Qalatasaray"), Ole Kristian Selnes ("Sent-Etyen"), Anders Trondsen ("Rusenborq")

Hücumçular: Aleksander Sörlot ("Midtyulland"), Coşua Kinq ("Bornmut"), Byörn Maars Yonsen ("Den Haq"), Tarik Elyunussi ("Olimpiakos")

Qeyd edək ki, Norveç millisi sentyabrın 1-i Azərbaycanı qəbul edəcək. Komanda  sentyabrın 24-ü səfərdə Almaniya ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın