Ayxan erməniyə qalib gəlib finala çıxdı

Ayxan erməniyə qalib gəlib finala çıxdı
XƏBƏR 22 Avqust 2017 / 14:01 3179
-  A +

Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvondo idman növü üzrə yarışlara start verilib.

Qol.az-ın Azərbaycan Taekvondo Federasiyasının saytına istinadən yaydığı xəbərə görə,  çilli yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvondoçumuz mübarizə aparıb.

Millinin üzvlərindən -68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayxan Tağızadə fransız Fabio Mattelə 19:7, Böyük Britaniyalı Jacob Barnettə 17:9, Xavier Perezə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb. Final uğrunda qarılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Ayxan, finalda rusiyalı taekvondoçu Boris Krasnovla döyüşəcək.

Digər idmançımız Qaşım Maqomedov (-54 kq) isə ilk rəqibi Embrion Hidayətullaha (İndoneziya) 29:19 hesabı ilə qalib gəlsə də Avstraliya təmsilçisi Malcom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.


Son xəbərlər