"Qarabağ" "Kopenhagen" hazırlığını bu gün tamamlayır

"Qarabağ" "Kopenhagen" hazırlığını bu gün tamamlayır
XƏBƏR 22 Avqust 2017 / 13:27 3176
-  A +

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"lə cavab oyunu öncəsi bu gün son məşqinə çıxacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Bakı vaxtı ilə  saat 21:30-da  qarşılaşmanın keçiriləcəyi "Parken" stadionunda məşq edəcək.

Qeyd edək ki, "Kopenhagen” – “Qarabağ” matçı sabah saat 22:45-də  (Bakı vaxtı ilə) başlayacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı