Kollina Ukraynadan getdi

Kollina Ukraynadan getdi
DÜNYA FUTBOLU 22 Avqust 2017 / 12:30 4403
-  A +

Məşhur italiyalı sabiq referi Pyerluici Kollina Ukrayna Hakimlər Komitəsinin kuratoru vəzifəsini tərk edib.

Qol.az-ın "Futbol 24"ə istinadən yaydığı xəbərə görə, Ukrayna Futbol Federasiyası (UFF) qarşılıqlı razılaşma əsasında 57 yaşlı mütəxəssislə müqaviləni ləğv edib.

Qeyd edək ki, P. Kollina 2010-cu ildən bu vəzifədə çalışırdı. Bundan əvvəl UFF-nin onunla yeni müqavilə imzalamaq barədə danışıqlar apardığı iddia edilirdi.


Son xəbərlər