Çempionlar Liqası: 5 komanda qrup mərhələsində

Çempionlar Liqası:  5 komanda qrup mərhələsində
DÜNYA FUTBOLU 23 Avqust 2017 / 00:37 20820
-  A +

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, artıq qrup mərhələsinə yüksələn ilk komandanın adı bəllidir. Bu, Şotlandiyanın "Seltik" klubudur. Qazaxıstanda "Astana"ya 3:4 hesabı ilə uduzan komanda ilk görüşdə qazanılan qələbə sayəsində (5:0) mərhələni adlayıb.
 
Öz meydanında “Sevilya”ya 1:2 hesabı ilə uduzan Türkiyənin “Başakşəhər” klubu bu dəfə rəqibi ilə İspaniyada qarşılaşıb. Matçda hesabı Türkiyə təmsilçisi açsa da, "Sevilya" oyunun gedişatını dəyişməyi bacarıb. 4 qolun vurulduğu görüşdə qalib aşkarlanmayıb - 2:2.

Qeyd edək ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ”ın “Kopenhagen”lə oyunu bu gündür.





22 avqust

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşləri

"Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) - 4:3
Qollar:
Ajer, 26-avtoqol (1:0), Sincler, 34 (1:1), Mujikov, 48 (2:1), Tvumasi, 49 (3:1), 69 (4:1), Ntcam, 80 (4:2), Griffits, 90 (4:3)
İlk oyun - 0:5

"Maribor" (Sloveniya) - "Hapoel" (Beer-Şeva, İsrail) 1:0
Qol:
Viller, 15
İlk oyun - 1:2

"Riyeka" (Xorvatiya) - "Olimpiakos" (Yunanıstan) 0:1
Qol:
Marin, 25
İlk oyun - 1:2

"Nitsa" (Fransa) - "Napoli" (İtaliya) 0:2
Qollar:
Kalyexon, 48, İnsinye, 89
İlk oyun - 0:2

"Sevilya" (İspaniya) - "Başakşehir" (Türkiyə) 2:2
Qollar: Elia, 17 (0:1), Eskudero, 52 (1:1), Ben Yedder, 75 (2:1), Viska, 83 (2:2)
İlk oyun - 2:1


23 avqust

22:45. "Slaviya" (Praqa, Çexiya) - APOEL (Kipr)
İlk oyun - 0:2

22:45. "Kopenhagen" (Danimarka) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:1

22:45. "Styaua" (Rumıniya) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 0:0

22:45. "Liverpul" (İngiltərə) - "Hoffenhaym" (Almaniya)
İlk oyun - 2:1

22:45. MOİK (Moskva, Rusiya) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun - 1:0.

 


Son xəbərlər