Runi 200-ə çatdı

Runi 200-ə çatdı
XƏBƏR 22 Avqust 2017 / 00:30 3689
-  A +

“Everton”un futbolçusu Ueyn Runi İngiltərə Premyer Liqasında 200-cü qolunu vurub.

Qol.az-ın məlumatına görə, 31 yaşlı hücumçu yubiley qolunu Premyer Liqanın 2-ci turunda “Mançester Siti” ilə səfər oyununda vurub.

Runi 183 dəfə “Mançester Yunayted”, 17 dəfə isə “Everton”da rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Runi bu göstəricidə İngiltərədə 2-cidir. Birinci yerdə isə 260 qolla Alan Şirerdir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord