"Qəbələ" "Dinamo"ya qalib gəldi

"Qəbələ" "Dinamo"ya qalib gəldi
XƏBƏR 21 Avqust 2017 / 19:12 3164
-  A +

“Qəbələ” və Gürcüstanın “Dinamo” (Tiflis) klublarının aşağı yaş qruplarından olan komandalar arasında ilk matçlar keçirilib.

Qol.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın U-13 və U-15-i Qəbələdə səfərdə olan qonşu ölkədən gələn həmyaşıdları ilə görüşüb.

13 yaşadək futbolçuların oyununda 3:2 hesabı ilə “Qəbələ" qalib gəlib. U-15 komandalarının matçında isə 1 qol vurulub. Bu qarşılaşmada qonaqlar qalib gəlib. İki gündən sonra U-13 və U-15-lər yenidən üz-üzə gələcək.

Xatırladaq ki, iki klub arasında razılığa əsasən, “Dinamo”nun iki yaş qrupu üzrə təmsilçisi Qəbələdə hazırlıq keçib, yoxlama oyunları keçiriləcək. Bir neçə aydan sonra isə “qırmızı-qaralar”ın digər iki yaş qrupu üzrə komandası Tiflisə səfər edəcək.
 

Daha çox


Son xəbərlər