Yeni transferi “Səbail”dən ayrıldı

Yeni transferi “Səbail”dən ayrıldı
XƏBƏR 21 Avqust 2017 / 15:51 5715
-  A +

Premyer Liqamızın debütantı “Səbail” futbolçusu Emin Cəfərquliyevlə yolları ayırıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi Feysbuk səhifəsi xəbər yayıb.

27 yaşlı müdafiəçi şəxsi işləri ilə əlaqədar klubdan ayrılmaq istədiyi barədə rəhbərliyə müraciət edib. Futbolçunun müraciəti müsbət qarşılanıb və onun müqaviləsinə xitam verilib.

Qeyd edək ki, E.Cəfərquliyev “Səbail”in yeni transferlərindən idi.


Son xəbərlər