“Neftçi”də işləməyə hazıram” – Tərlan Əhmədov

“Neftçi”də işləməyə hazıram” –  Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 21 Avqust 2017 / 15:31 5564
-  A +

“Hələ ki, mənə “Neftçi”dən təklif gəlməyib. Komandaya dəvət etsələr, bu təklifi sevə-sevə qəbul edərəm. Niyə də olmasın? Bu, artıq “Neftçi”dən asılıdır”.

Bu sözləri Qol.az-a açıqlamasında AZAL-ın sabiq baş məşqçisi Tərlan Əhmədov deyib.

Elxan Abdullayevin “Neftçi”dən ayrılmasından sonra baş məşqçi vəzifəsinə namizədlərdən biri Tərlan Əhmədov hesab olunur. Milli komandamızın sabiq kapitanı “Neftçi”də işləməyə hazır olduğunu bildirib:

“Mən “Neftçi”də futbola başlamışam. Bu komandada çıxış edərkən gənclər arasında Avropa çempionu olmuşam. Daha sonra “Neftçi”də məşqçi kimi çalışdığım vaxt Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq. Yəni bütün uğurlarım “Neftçi” ilə bağlıdır”.

Tərlan Əhmədov hələlik digər klubların da heç birindən ona təklif gəlmədiyini qeyd edib.

Daha çox


Son xəbərlər