Tuyqun Nadirov: "AFFA ədalətli qərar qəbul edib"

Tuyqun Nadirov: "AFFA ədalətli qərar qəbul edib"
ÖLKƏ FUTBOLU 31 Mart 2010 / 01:27 2248
-  A +

“AFFA İntizam Komitəsinin bu gün klubumuz haqda çıxardığı qərarlar tam ədalətlidir. Hesab edirəm ki, qəbul olunmuş qərarlar Azərbaycanda futbolun kütləviləşməsinə yardımçı olacaq. “Xəzər Lənkəran” klubu olaraq çıxarılan qərarlara hörmətlə yanaşırıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri ANS TV-də yayımlanan “Topsuz-Toplu” verilişində “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib. Nadirov heç zaman bu cür qalmaqalların yaşanmasının tərəfdarı olmadıqlarını bildirib: “Danılmaz faktdır ki, oyun zamanı tribunaların oturacaqları sındırılaraq meydana atıldı. Biz qətiyyən bu cür halları dəstəkləmirik. Klubumuzun prezidenti Mais Mənsimovun görüşü idarə edən hakimlər briqadasını stadiondan kənarlaşdırılmasında böyük rolu oldu”.

Xatırladaq ki, AFFA İntizam Komitəsinin dünənki iclasında XXV turun "Xəzər Lənkəran"  - "Neftçi" oyunu zamanı baş verən qalmaqalla əlaqədar ev sahibi klub 35 min manat cərimə olunub. Baş məşqçi Ağasəlim Mircavadov isə 4 oyunluq matçlardan kənarlaşdırılıb.

Daha çox


Son xəbərlər