“Kontenin etdiyi mənə qarşı hörmətsizlikdir” - Dieqo Kosta

“Kontenin etdiyi mənə qarşı hörmətsizlikdir” - Dieqo Kosta
XƏBƏR 21 Avqust 2017 / 15:25 4799
-  A +

“Çelsi”nin hücumçusu Dieqo Kosta baş məşqçiləri Antonio Konte haqda sərt açıqlamalar verib.

Qol.az-ın məlumatına görə, Britaniya mətbuatına danışan 28 yaşlı futbolçu italiyalı mütəxəssisin ona hörmətsizlik etdiyini deyib:
“Konte ilə üz-üzə görüşüb, onun qərarı haqda söhbət etmək istədim. Ancaq o, məni komandasında görmək istəməməsi barədə mesaj göndərdi. Mesajı görən kimi dəli kimi oldum. Bu, hörmətsizlikdir. Mən baş məşqçi və rəhbərliklə hər zaman üz-üzə söhbət etmişəm. Heç vaxt mesajla qərar verməmişəm. Konte bu hərəkəti ilə necə bir insan olduğunu göstərdi”.

İspaniyalı futbolçu “Atletiko”ya keçəcəyini söyləyib:
“İspaniyanın iqlimini, insanları sevirəm. Madridə aşiqəm. Buna görə də qərarımı artıq vermişəm. Amma transfer üçün düzgün vaxtı gözləməliyəm”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı