Stiv Maklaren "Makkabi"də

Stiv Maklaren "Makkabi"də
XƏBƏR 21 Avqust 2017 / 14:15 2350
-  A +

İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklarenin yeni klubu bəlli olub.

Qol.az-ın məlumatına görə, 56 yaşlı mütəxəssis İsrailin “Makkabi” (Təl-Əviv) klubunda çalışacaq.

Klubun rəsmi saytı Maklarenin  baş məşqçi Yordi Kroyfun köməkçisi təyin edildiyini yazıb.

Qeyd edək ki, ingiltərəli mütəxəssis daha əvvəl “Tvente”, “Nottingem Forest”, “Volfsburq”, “Midlsbro”, “Nyukasl” kimi klublarda çalışıb.

Son xəbərlər