“Neftçi” yeni baş məşqçini nə vaxt təyin edəcək?

“Neftçi” yeni baş məşqçini nə vaxt təyin edəcək?
ÖLKƏ FUTBOLU 21 Avqust 2017 / 12:44 5087
-  A +

“Neftçi”nin yeni baş məşqçisi böyük ehtimalla bu həftə “Kəpəz”lə keçiriləcək Topaz Premyer Liqanın 3-cü turunun oyunundan sonra təyin olunacaq.

Qol.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” hazırda yeni baş məşqçi axtarışındadır. Avqustun 25-də komanda “Kəpəz”lə matça ya məşqçi Novruz Əzimovun, ya da əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədovun rəhbərliyi altında çıxacaq.

“Neftçi” klubuna yaxın mənbələrdən Qol.az-a məlum olub ki, klubun yeni baş məşqçisi yerli mütəxəssis olacaq. Klub xarici məşqçi variantını ümumiyyətlə, nəzərdə keçirmir. Çünki əcnəbi məşqçi üçün hazırda yüksək məbləğdə vəsait tələb olunur. “Neftçi”nin büdcəsi isə hazırda əvvəlkitək yaxşı durumda olmadığından xarici məşqçi varianti istisna edilir.

Xatırladaq ki, “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev bu gün istefa verib. Klub onun istefasını qəbul edib.

Daha çox


Son xəbərlər