Neymar "Barselona" rəhbərliyini tənqid etdi

Neymar "Barselona" rəhbərliyini tənqid etdi
DÜNYA FUTBOLU 21 Avqust 2017 / 12:27 7644
-  A +

PSJ-nin yeni transferi Neymar sabiq klubu "Barselona"nın rəhbərliyini tənqid edib.

Qol.az-ın Fransa KİV-lərinə istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu onlardan narazı olduğunu bildirib: "Həqiqəti demək istəyirəm: "Barselona" rəhbərliyi məni çox məyus etdi. Orada gözəl 4 il keçirdim.  Kataloniya klubuna gəldiyim ilk günlər xoşbəxt idim. Ancaq klub rəhbərliyindən razı deyildim. Fikrimcə, belə insanlar "Barselona"da işləməməlidir. Bu komanda daha yaxşısına layiqdir. Ümid edirəm ki, "Barselona"da işlər qaydasına düşəcək və yenidən iddialı komanda olacaqlar".

Qeyd edək ki, Neymar 222 milyon avroya PSJ-yə transfer olunub.


Son xəbərlər