"Qarabağ" bu gün gedir

"Qarabağ" bu gün gedir
GÜNDƏM 21 Avqust 2017 / 11:48 3617
-  A +

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə "Kopenhagen"lə qarşılaşacaq "Qarabağ" bu gün Danimarkaya gedəcək.

Qol.az-ın məlumatına görə, Ağdam klubu axşam saatlarında çayter reysi ilə Kopenhagenə yola düşəcək. Sabah axşam oyunun keçiriləcəyi stadionda “Qarabağ”ın məşqi nəzərdə tutulub.

Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" görüşü avqustun 23-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər