Prosineçkinin Bakıya dönüşü niyə yubanır? - qızı zəhərlənib

Prosineçkinin Bakıya dönüşü niyə yubanır? - qızı zəhərlənib
XƏBƏR 21 Avqust 2017 / 11:20 3925
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Bakıya gəlişinin yubanma səbəbi müəyyənləşib.

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu, hazırda vətəni Xorvatiyada olan 48 yaşlı mütəxəssisin ailəsində problemin yaranması ilə əlaqədardır.

Belə ki, R.Prosineçkinin qızı qidadan zəhərlənib. Bu səbəbdən onun avqustun 20-nə nəzərdə tutulan Bakı səfəri növbəti dəfə yubanıb. Baş məşqçinin avqustun 22-də gələcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 1-də səfərdə Norveçlə, sentyabrın 4-də isə evdə San Marino ilə 2018-ci il dünya çempionatının seçmə oyunlarına çıxacaq. Hələlik bu qarşılaşmalar üçün heyət açıqlanmayıb.


Son xəbərlər