"Bakı" və "Qarabağ" cərimələndi

XƏBƏR 31 Mart 2010 / 00:14 1719
-  A +

AFFA-nın İntizam Komitəsi Premyer Liqanın XXV turunda keçirilmiş matçlarla bağlı klubları cəzalandırıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 27-də keçirilən “Qarabağ” – “İnter” matçının 88-ci dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi klub 2000 (iki min) manat cərimə olunub. “Bakı” – “Qəbələ” matçında isə “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (min) manat cərimə olunub.

Son xəbərlər