“Bəzi futbolçular meydanda yox kimi idilər” – Samir Abasov

“Bəzi futbolçular meydanda yox kimi idilər” – Samir Abasov
ÖLKƏ FUTBOLU 20 Avqust 2017 / 22:14 3046
-  A +

“Birinci səfər oyunumuz idi. Gözlədiyimizdən də çətin oyun alındı”.

Qol.az-ın nəlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 2-ci turunda “Qəbələ”yə səfərdə 0:1 hesabı ilə uduzduqların oyundan sonra deyib. O bildirib ki, komandada bəzi futbolçular meydanda yox kimi idilər: “Bu da bizə çətinlik yaratdı. “Qəbələ” üstün idi. Belə olacağını da gözləyirdik. İnanırdıq ki, bütün heyətlə, var gücümüzlə oynasaq, nəsə edə bilərik. Əfsuslar olsun ki, 2-3 nəfərdən istədiyimizi ala bilmədik”.

S.Abasov konkret olaraq Xəyal Nəcəfov və Cavid Tağıyevdən narazı qaldığınə söyləyib: “Həqiqətən də təcrübəli futbolçular da özlərini yaxşı tərəfdən göstərmədilər. Bəlkə də bu, ilk səfər oyunumuz olmağından irəli gəlirdi. Amma ikinci turdu, qlobal problem deyil. Təcrübəli dediyiniz oyunçuların əksəriyyyəti son illər oyun təcrübəsi baxımından əziyyət çəkirdilər”.

S.Abasov qeyd edib ki, “Qəbələ”yə ən azı heç-heçə üçün gəlibmişlər: “Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq. Rəqibin "İnter"lə oyunu da bizə motivasiya vermişdi”.

O, növbəti turda qarşılaşacaqları "Zirə" haqda da danışıb: “Hələ bu oyun barədə düşünmürdüm. "Zirə"nin bugünkü oyununa 70 dəqiqə baxdıq. Növbəti matçla bağlı nəsə demək üçün bir az vaxt lazımdır”.

Daha çox


Son xəbərlər