Ramil Quliyevdən növbəti qızıl – Video

Ramil Quliyevdən növbəti qızıl – Video
GÜNDƏM 20 Avqust 2017 / 21:30 5185
-  A +

Azərbaycanlı atlet Ramil Quliyev növbəti qızıl medalı qazanıb.

Qol.az-ın xəbərinə görə, Türkiyə millisinin üzvü olan həmyerlimiz Britaniyanın Birmingem şəhərində keçirilən “Brilliant Liqa” yarışlarında 200 metr məsafəyə qaçışda birinci olub. 20,17 saniyə nəticə göstərən Ramil qızıl medal qazanıb. İkinci yeri ABŞ idmançısı Amir Uebb (20,26 saniyə), üçüncü yerə isə kanadalı Aaron Braun (20,30 saniyə) tutub.

Qeyd edək ki, Ramil Quliyev avqustun 11-də Londonda atletika üzrə dünya çempionatında da qızıl medal qazanmışdı.

Daha çox


Son xəbərlər