Araz Kiprdə rəsmi debüt etdi - Yenilənib

Araz Kiprdə rəsmi debüt etdi - Yenilənib
XƏBƏR 20 Avqust 2017 / 21:50 7847
-  A +

Futbolçumuz Araz Abdullayev bu gün yeni klubu “Anortosis”də rəsmi debüt edib.

Qol.az-ın xəbərinə görə, onun komandası “Anortosis” Kipr çempionatının ilk turunda səfərdə “Nea Salamis”lə qarşılaşıb. Bakı vaxtı ilə saat 20.00-da başlanan bu görüşdə Araz Abdullayev əsas heyətdə yer alıb. O, 83-cü dəqiqədə Andre Alveslə əvəzlənib.

Qeyd edək ki, rəqibin heyətində isə ilk onbirlikdə iki erməni futbolçu – Taron Voskanyan və David
Monayan meydana çıxıb.

Matç 1:1 hesabı ilə yekunlaşıb.

Daha çox


Son xəbərlər