Ayxan Abbasov: "Təmkin qəhrəman deyil"

Ayxan Abbasov: "Təmkin qəhrəman deyil"
ÖLKƏ FUTBOLU 20 Avqust 2017 / 20:58 4707
-  A +

 “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının II turunda “Kəpəz”ə Yevlaxda 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

-  Bilirdik ki, çətin matç olacaq. Belə çətin şəraitdə inamlı qələbə qazanmağımız bizi çox sevindirir. Futbolçularımız meydanda xarakter, əzmkarlıq göstərdilər. Hava toplarından yaxşı istifadə etdilər, meydanda vuruşdular. Bir sözlə, taktiki düzgün oynadıq. Qol epizodlarından maksimum yararlandıq. Matçboyu əzmkar oynadıq. “Kəpəz”i Yevlaxda da olsa 3:0 hesabı ilə məğlub etmək bizi sevindirir. Çünki bu komandaya səfərdə 2 dəfə uduzmudşuq. Artıq “Kəpəz”lə səfər sindromunu qırdıq. Şans verdiklərim futbolçular da özlərini doğrultdu.

- Hakimlik sizi qane etdi?

- Rəvan Həmzəzadə oyunu normal etdi. Futbolçular kimi o da meydanda çox əziyyət çəkdi. Bu gün futbol mübarizədən ibarət idi. Baş hakim nəticəyə təsir edən edən səhv etmədi. Avropa Liqaısnda hakimləri gördük. Özümüzünkləri dəstək olmalı, qədrini bilməliyik.
 
- Aranızda yaşanan insidentə rəqib məşqçi Xaliq Mərdanov səbəb oldu?

- Xaliq məndən yaşca böyükdü. Onunla futbolçu dövründə rəqib olmuşuq. Heç bir problemimiz olmayıb. Sadəcə, meydanda topun çıxarılması ilə bağlı anlaşılmazlıq oldu. Oyunda belə hadisələr olur. Hər kəsə hörmət etməliyik.

- Təmkin Xəlilzadəni oyunun qəhrəmanı sayırsınız?

- Təmkimi qəhrəman seçməzdim. Müdafiə xətti, Anar Nəzirov yaxşı oynadı. Taktiki işimizdən razı qaldım. Nicat Qurbanovun qol vuracağını gözləyirdim. Onu bir oyunçu kimi qazanmaq istəyirəm, potensiallı futbolçudur. Neçə həftədir ki, ondan qol gözləyirdim.

- Yevlaxda “Karvan”a qarşı oynamısınız. Həmin oyunu xatırlayırsınız?

- “Karvan” yaxşı yadımdadır. Mükəmməl oyun alınmışdı. 4:3 nəticələnmiş həmin matçı unutmaq olmaz. Çalışmaq lazımdır ki, əyalətdə komandalar olsun. Qaldığımız Mingəçevirdə futbolsuzluq təəssüf doğurur. Hər cür şəarit var. Meydana pis olsa da, Yevlaxda oynamaq bizi sevindirir. Ümid edirəm ki, tezliklə “Karvan” Premyer Liqada olacaq. Baş məşqçi Kənan Kərimov da çalışır. Onlara uğurlar arzulayıram (sport24.az).

Daha çox


Son xəbərlər