Erməni diasporu öz klubundan bilet istəməz, bizimkilər isə…

Erməni diasporu öz klubundan bilet istəməz, bizimkilər isə…
YAZARLAR 20 Avqust 2017 / 19:00 8665
-  A +

2009-cü ildə “Rusenborq”la oyundan başlayaraq '”Qarabağ” 33 avrokubok səfərində olub. Və bu qarşılaşmaların hamısında klub həmvətənlərimizin stadionda olmasına çalışıb. Gərəkəndə bilet almağa kömək edib, lazım olanda rəqiblə danışıb və daha nələr, nələr… İndiyə kimi heç bir ölkədə həmvətənlərimiz onlara qarşı etinasız olduğumuzu söyləyə bilməz.

Zaman keçdikcə davamlı uğurlar yeni maraq dalğası gətirdi. Təbii ki, “Qarabağ”ın uğurları tərəfli-tərəfsiz hər kəsdə rəğbət hissi yaratmaqla yanaşı bir bütünləşmə duyğusu da oyadıb.

İlk zamanlar sadəcə xala və ya qələbəyə sevinirdiksə, artıq hamı Çempionlar Liqasının qrupunu gözləyir. Əlbəttə, bu, sevgi, inamdı, güvəndi.

Amma…

“Kopenhagen” tərəfi ya zəlzələdən ya vəlvələdən bilet barteri ilə razılaşmadı. Biletləri satacağını bildirdi. Marketinq baxımından onları başa düşmək olar. Hər halda Avropada futbol biznesin bir hissəsi kimi emosionallıqdan daha üst mərtəbəyə çıxıb…

Üstəlik, bu, ÇL-in play-off mərhələsidirsə.  O ÇL ki, illərdir xəyalını qurduğumuz, himini eşitdiyimiz zaman vəcdə gəldiyimiz turnirin qrup mərhələsini indi bizdən ən yaxşı halda 90 dəqiqə ayırır.

Və o həyəcanı yaşamaq üçün klubdan bilet pulu istəmək.. Biri deyir, hansısa ölkədən avtobus gətirirəm, heç olmasa onun pulunu ver, biri deyir ki, hansısa təşkilatla oranı dolduraram, təki bilet olsun…

Biz xalq olaraq böyümək istəyiriksə, böyük meyarlardan, anlayışlardan başlamalıyıq. Məsələn, heç bir erməni diasporu klubdan bilet istəməz.

Əslində…

Deyirlər, klub üçün nə puldu ki, o? Versin, gəlsin baxaq və ya baxsınlar? Klubun komanda üçün çəkilənlərin miqyası ÇL-dən gələn miqyasla ölçülmür. Ona qalsa, top klublar zənginlik fonunda heç nə itirmirlər, amma onlar da azarkeşə bilet almırlar. Ümumiyyətlə, problem odur ki, biz özümüzü ayırmalı deyilik. Bilet üçün veriləcək bir neçə avro sənin sevgin olacaq, verdiyin dəyər olacaq.

Şəxsi təcrübəmdən “Qarabağ”ın oyunlarını buraxmayan, maaşından keçən, işini itirmək bahasına da olsa, “Qarabağ”ın yanında olan neçə-neçə insan tanıyıram.

“Qarabağ”ın xaricdəki oyununu izləmək üçün günlərlə yol qət edib, vağzalda yatıb, oyuna gəlib komandaya dəstək verən insanların heç biri bizdən bilet söhbəti etməyib. Həmin insanlar indi bilet olmayacaq, satışa çıxarıblar deyəndə bunu anlayışla qarşladılar və biletlərini öz ciblərindəb alacaqlarını bildirdilər.

Sevgi, dəyər ölçüsü həm də təmənnasız sevgidi.

Əgər biz “Qarabağ”ı və deyilib-yazıldığı kimi ölkəmizi bu dərəcədə çox seviriksə, o zaman bir neçə avromuzdan keçib “Qarabağ”ı dəstəkləməliyik Kopenhagendə…

Bu biz “Qarabağ”ın mənəvi gücü olacaq!

...Bir dəfə Avstriyada təlim-məşq toplanışında hazırlıq (!) görüşünə 2 alman (azərbaycanlı da yox!) azarkeşimiz gəlmişdi. Maşınla təxminən 600 kilomet məsafə qət edərək. Varlı da deyildilər, maşın təkəri təmir edərək gün-güzəran keçirirlər. Deməli, onlar stadiona girəndə 5 avro verib bilet almaq istəyəndə dedim, qonaqsınız, o boyda yol gəlmisiz. Cavabında mənə dedilər ki, o boyda yol gəlib komandamın oyununa görə 5 avro verməyəcəm!? ))

Nurlan İBRAHİMOV,
"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri

PS.  “Qarabağ”ın “Kopenhagen”lə oyununa bilet almaq üçün bu linkə daxil olmaq kifayətdir:

https://billet.fck.dk/Stadium/Index?eventId=458

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər