Qrizmann hakimi söydü – ağır cəza gəlir

Qrizmann hakimi söydü – ağır cəza gəlir
XƏBƏR 20 Avqust 2017 / 14:44 4819
-  A +

“Atkletiko”nun hücumçusu Antuan Qrizmann La Liqanın ilk turunda – dünən “Jirona”ya qarşı matçda (2:2) baş hakim Xuan Martines Munueranı təhqir edib.

Qol.az-ın “As” nəşrinə istinadən yaydığı xəbərə görə, fransalı futbolçu 67-ci dəqiqədə sarı vərəqə aldıqdan sonra hakimə söyüb. Bundan sonra isə ona birbaşa qırmızı vərəqə göstərilib. Bu hadisə hakimin raportunda qeyd olunub.

Matçdan sonra Qrizmann hakimlər otağına gedərək onlardan üzr istəyib.

Bununla belə, İspaniya Futbol Federasiyasının Qrizmanna ağır cəza kəsəcəyi gözlənilir.  La Liqanın əsasnaməsinə görə, hakimi təhqir edən futbolçu 4-12 oyunluq diskvalifikasiya olunur.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı