“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”dan danışdı
ÖLKƏ FUTBOLU 20 Avqust 2017 / 09:45 9517
-  A +

“Qarabağ”la qarşıdakı matçda “Senderyuske” ilə görüşdə sərgilədiyimiz oyun səviyyəsini 1-ci dəqiqədən düz 90-cı dəqiqəyədək saxlamalıyıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Kopenhagen”in baş məşqçisi Stal Solbakken Danimarka superliqasında “Senderyuske”yə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra deyib.

“Əgər belə olarsa, növbəti mərhələyə adlaya bilərik” – deyə o vurğulayıb.
 
Xatırladaq ki, “Kopenhagen” – “Qarabağ” matçı avqustun 23-də keçiriləcək. Bu komandaların Bakıdakı ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.

Daha çox


Son xəbərlər