“Belə oynasaq, “Qarabağ”ı keçəcəyik” – Nikolay Boylesen

“Belə oynasaq, “Qarabağ”ı keçəcəyik” – Nikolay Boylesen
XƏBƏR 20 Avqust 2017 / 09:13 6081
-  A +

“Kopenhagen”in müdafiəçisi Nikolay Boylesen “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsinin təkrar oyunu barədə fikirlərini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, dünən Danimarka superliqasında “Senderyuske” ilə matçdan sonra (3:2) o bildirib ki, əgər bu görüşün birinci hissəsindəki oyunlarını “Qarabağ”la qarşılaşmada da sərgiləsələr, mərhələ adlayacaqlar: “Amma yaxşı olardı ki, qarşıdakı oyunda tribunada bizi dəstəkləyən azarkeşlərimizin sayı çox olsun (“Senderyuske” ilə matçı stadiondan 8 min azarkeş izləyib – red.)”.

Xatırladaq ki, “Kopenhagen” – “Qarabağ” matçı avqustun 23-də keçiriləcək. Bu komandaların ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı