Kamran yenə heyətə düşmədi

Kamran yenə heyətə düşmədi
XƏBƏR 20 Avqust 2017 / 01:10 3311
-  A +

Milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” Çexiya çempionatında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komanda dördüncü tur çərçivəsində öz meydanında “Slovan Liberets”i qəbul edib. Matç qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.

K.Ağayevin adı komandasının darmadağın olduğu görüşün iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Mlada Boleslav” 4 turdan sonra  1 xalla turnir cədvəlinon sonuncu - 16-cı pilləsində qərarlaşıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı