“Bilirdik ki, ağır oyun olacaq. “İnter” keçən il də yaxşı oyun nümayiş etdirirdi. Çətin də olsa, sonda istədiyimizə çatdıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Topaz Premyer Liqasının ikinci turunda “İnter”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Təcrübəli yarımmüdafiəçi qeyd edib ki, hazırda çempionatda zəif komanda yoxdur: “Rauf Əliyev və Nizami Hacıyevi çıxsaq, “İnter” keçənilki komandadır. Bizim də heyətimizdə çoxlu dəyişiklik olmuşdu bu oyunda. Ümumiyyətlə, çempionatımızda bütün oyunlar belə çətin keçir. Hazırda zəif komanda yoxdur. “İnter”in də zəif olduğunu deməzdim”.
R. Əmirquliyev Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Kopenhagen”ə qarşı səfərdə keçirəcəkləri matçdan da söz açıb: “Kopenhagen”in necə komanda olduğunu Bakıda gördük. Çox güclü rəqibdir. Evdə qələbə qazanmağımıza baxmayaraq, cavab matçı çox çətin olacaq. Bu səbəbdən də görüşə tam gücümüzlə hazırlaşırıq. Bütün fikrimizi həmin oyuna yönəltmişik. Əlimizdən gələni edəcəyik ki, Bakıya sərfəli nəticə ilə qayıdaq”.
O qeyd edib ki, “Qarabağ” bu mövsüm UEFA Avropa Liqasının deyil, Çempionlar Liqasının qrupunda oynamağı hədəfləyir: “Komandada hər hansı rahatçılıq yoxdur. Məqsədimiz Avroliqanın yox, ÇL-in qrupunda oynamaqdı. Avroliqanın qrupunda bir neçə dəfə oynamışıq. İndi hədəf Çempionlar Liqasıdır”.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi