Toparlanmaq lazımdır" - Zaur Svanadze

Toparlanmaq lazımdır" - Zaur Svanadze
GÜNDƏM 19 Avqust 2017 / 22:41 2956
-  A +

"Çətin oyun oldu. İlk hissədə yaxşı oynamadıq. Təşəbbüsü rəqibə verdik. Ötürmələrdə səhvlər etdik. İkinci hissədə bir qədər yaxşı oynadıq. Ancaq rəqibin heyətində Miçel, Almeyda və Mahir Mədətovun meydana çıxması oyunun gedişini dəyişdi. Bir səhvə yol verdik və qapımızda qol gördük. Futbolçular var-qüvvələri ilə çalışdılar. Ancaq keçirdiyimiz ikinci oyunda da məğlub olduq".

Qol.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 2-ci turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
 
- Komanda son dəqiqələrdə qol buraxdı. Bu, gələn matçlarda komandaya psixoloji olaraq necə təsir edəcək?

- Dəqiq deyə bilmərəm. Futbolda belə hallar olur. Toparlanmaq lazımdır.
 
- İlk iki turda ölkənin iki ən güclü komandası ilə qarşılaşdınız. Bunun sizin üçün əhəmiyyəti var?

- Əlbəttə, “Qarabağ” və “Qəbələ”yə qarşı oynamaq asan deyil. İstəyərdik ki, startda başqa komadalarla qarşılaşaq. Ancaq bu oyunlarda xal qazana bilərdik. Bu görüşlər geridə qaldı. Qarşıdakı oyunlarda qalib gəlmək şansımız var.
 
- Komandada bir çox problem olsa da, ötən mövsüm 3-cü yeri tutdunu. Sizcə, bu mövsümdə də eyni uğuru təkrarlaya biləcəksiniz?

- Ötən mövsüm yaxşı oyunçularımız var idi. Bizim ehtiyat oyunçular skamyamız qısadır. Qışa kimi bizim üçün çətin olacaq. Transfer pəncərəsi açılana kimi əzab çəkəcəyik.
 
- Sizcə, komandada maaş problemi olduğu halda yeni transferlər etmək mümkün olacaq?

- Bəli, məncə, mümkün olacaq. Yavaş-yavaş vəziyyət düzələcək.
 
- Düşünmürsünüz ki, rəqibdən fərqli olaraq sizin əvəzetmələriniz komandaya kömək etmədi?

- Əvəzetmələrin oyuna ciddi təsir etdiyini düşünmürəm.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı