"Kopenhagen"dən əzmkar qələbə

"Kopenhagen"dən əzmkar qələbə
GÜNDƏM 19 Avqust 2017 / 21:56 4704
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Kopenhagen" Danimarka Superliqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komanda 6-cı turda doğma meydanda "Senderyuske" ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

"Kopenhagen" - "Senderyuske" - 3:2
Qollar:
Kasper Kusk, 27 (1:0), Kristian Yakobsen, 59 (1:1), Mikael Uhre, 62 (1:2), Benjamin Verbiç, 81 (2:2), Andriya Pavloviç, 84 (3:2)

6 turdan sonra "Qarabağ"ın rəqibi 9 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, Ağdam klubu avqustun 23-ü səfərdə "Kopenhagen"lə qarşılaşacaq. Bu komandalar arasında ilk matçda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord