Futbolçumuz Almaniyada dubl etdi

Futbolçumuz Almaniyada dubl etdi
ÖLKƏ FUTBOLU 19 Avqust 2017 / 17:30 8573
-  A +

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında 2-ci turun oyunları keçirilib.

Qol.az-ın  məlumatına görə, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası “Auqsburq”la qarşılaşıb.

Görüş Frankfurt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan millimizin hücumçusu oyunda dubl edərək komandasının qələbəsində böyük pay sahibi olub. Renat qollardan birini penaltidən vurub.

Qeyd edək ki, "Ayntraxt" 3 xalla 7-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər