"Zirə"nin futbolçusu Hindistan klubunda

"Zirə"nin futbolçusu Hindistan klubunda
GÜNDƏM 19 Avqust 2017 / 11:39 4086
-  A +

"Zirə"nin futbolçusu Kerven Belfor Hindistanda yeni yaradılan "Jamşedpur" klubuna transfer olunub.

Qol.az-ın xəbərinə görə, bu barədə  "Jamşedpur"un rəsmi "Twitter" səhifəsi məlumat yayıb. Haitili hücumçu ilə  1 illik müqavilə imzalanıb.

25 yaşlı forvard yeni komandasına oktyabrda qoşulacaq. O, noyabrda start götürəcək Hindistan çempionatı ərəfəsində İspaniya və Tailandda təlim-məşq toplanışlarına qatılacaq.

Qeyd edək ki, K. Belfor iyunun 16-da "Zirə"yə transfer olunmuşdu.

Daha çox


Son xəbərlər