"Arsenal"ı alsam, ilk işim Vengeri qovmaq olacaq"

"Arsenal"ı alsam, ilk işim Vengeri qovmaq olacaq"
XƏBƏR 18 Avqust 2017 / 16:51 6940
-  A +

Afrika qitəsinin ən varlı adamı sayılan Aliko Danqote "Arsenal” klubunu almaq istəyir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbətə görə, bu barədə 60 yaşlı nigeriyalı biznesmen özü açıqlama verib.

"Arsenal"ın fanatı olduğunu bildirən Danqote London klubunu alacağı təqdirdə komandanın baş məşqçisi Arsen Vengeri istefaya göndərəcəyini deyib: "Klubun səhimlərini aldıqdan sonra birinci işim Arsen Vengeri qovmaq olacaq. Vengerin yaxşı məşqçilik karyerası var. Lakin hazırda komandanı başqa mütəxəssisə etibar etmək lazımdır. Laosda neft emalı zavodunun inşaatı başa çatdıqdan sonra "Arsenal”ın sahiblərinə təklif göndərəcəyik".

Qeyd edək ki, “Forbes” jurnalı A. Danqotenin varidatı 13 milyard dollar səviyyəsində qiymətləndirilir.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı